Almaniyada yaşayış binasında partlayış: Dağıntılar altında qalanlar var

19 May 2026 11:49

Almaniyanın Görlits şəhərində məişət qazının partlaması nəticəsində çoxmənzilli yaşayış binası tamamilə dağılıb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, güclü partlayış səsi eşidilib və ardınca bina uçaraq tarixi tikililərin sırasında böyük bir boşluq yaradıb. Polis və xilasetmə xidmətlərinin məlumatına əsasən, dağıntılar altında beş insanın qaldığı ehtimal edilir.

Hadisə yerinə yanğınsöndürənlər, polislər, ağır texnika və xüsusi təlim görmüş itləri olan kinoloqlar daxil olmaqla yardım xidmətləri cəlb olunublar.

Yaxınlıqdakı üç binanın sakinləri təxliyə edilib, onlar müvəqqəti yaşayış yeri ilə təmin olunacaqlar.

Milli.Az