Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.
Milli.Az xəbər verir ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.
Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.
Aysel
Milli.Az