"Mançester Siti" Pep Qvardiolanın adını əbədiləşdirməyi planlaşdırır.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bazar ertəsi günü baş məşqçinin mövsümün sonunda komandadan ayrılma ehtimalının olduğu açıqlanıb.
ESPN-in məlumatına görə, "Etihad" stadionundakı tribunalardan birinə ispaniyalı mütəxəssisin adının verilməsi planlaşdırılır.
Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 20 kubok qazanıb.
Milli.Az