Məşhur müğənni illərdir gizlətdiyi xəstəliyini açıqladı

19 May 2026 10:42

Türkiyəli müğənni İrem Derici qatıldığı "YouTube" proqramında sağlamlıq vəziyyəti ilə bağlı açıqlamaları ilə gündəm olub.

Milli.Az xəbər verir ki, müğənni uzun müddətdir yuxusuzluq problemi yaşadığını bildirərək psixiatr müayinəsindən keçdiyini deyib. Derici ona yuxusuzluq diaqnozu qoyulduğunu açıqlayıb.

İrem Derici həmçinin 2017-ci ildən etibarən epileptik tutmalar keçirdiyini və EEG nəticələrinin normal olmadığını bildirib. Onun sözlərinə görə, beyindəki elektrik sistemində yaranan problem nevroloji narahatlıqlara səbəb olur.

Müğənni bu problemlərin xüsusilə duet hazırlığı dövründə daha da artdığını qeyd edib. Derici yuxu problemi səbəbindən demək olar ki, daim oyaq qaldığını və sosial mediada aktiv olduğunu da əlavə edib.

Fidan
Milli.Az