Dünyanın məşhur mesajlaşma platforması olan "WhatsApp" mesajların avtomatik silinməsi funksiyasında yenilik hazırlayır.
Milli.Az xəbər verir ki, yeni sistemə əsasən, mesajın silinmə vaxtı göndərildiyi andan deyil, qarşı tərəf onu oxuduqdan sonra başlayacaq. Hazırda isə taymer mesaj göndərilən kimi aktivləşir.
İstifadəçilər mesajların 5 dəqiqə, 1 saat və ya 12 saat sonra silinməsini seçə biləcəklər. Əgər mesaj 24 saat ərzində açılmasa, sistem onu avtomatik siləcək.
Hazırda beta versiyada test edilən funksiyanın nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.
Milli.Az