Bu BÜRClər pul içində üzəcək - Siyahı açıqlandı

19 May 2026 11:43

Astroloqlar 12 bürc arasında maliyyə uğuru ilə bağlı reytinq hazırlayıblar. Siyahıda bürclərin risk etmə bacarığı, qənaət vərdişləri, strateji düşüncəsi və pul qazanmaq potensialı nəzərə alınıb.

Milli.Az xəbər verir ki, reytinqə əsasən, ən zəif maliyyə göstəricisi Balıqlara aid edilib. Astroloqlar bildirirlər ki, Balıqlar daha çox emosiyalarla hərəkət etdikləri üçün pul yığmaqda çətinlik çəkirlər.

Siyahının sonrakı pillələrində Tərəzi, Xərçəng, Qız və Buğa bürcləri yer alıb. Bu bürclərin əsas üstünlüyü qənaətcil olmaları sayılsa da, riskdən uzaq durmaları böyük qazanc əldə etmələrinə mane olur.

Oğlaq bürcü intizamlı və çalışqan xarakteri ilə seçilir. Oxatan və Qoç isə risk etməyi sevdikləri üçün tez-tez böyük qazanc imkanları əldə edirlər.

İlk "üçlük"də isə Dolça, Əqrəb və Əkizlər qərarlaşıb. Astroloqlara görə, Dolçalar qeyri-adi ideyalar və innovativ yanaşmalar sayəsində pul qazanırlar. Əqrəblər isə strateji düşüncə və güclü intuisiya ilə böyük sərvət əldə etməyə meyilli olurlar.

Reytinqin zirvəsində isə Əkizlər bürcü dayanıb. Mütəxəssislər hesab edir ki, onların çevikliyi, ünsiyyət bacarığı və dəyişən vəziyyətlərə tez uyğunlaşması yeni gəlir mənbələri tapmağa kömək edir.

Milli.Az