Space FMdə rəhbər dəyişikliyi baş verib.
Milli.Az xəbər verir ki, radionun yeni direktoru vəzifəsinə tanınmış radio aparıcısı Çingiz Mustafayev təyin olunub.
DJ Çina təyinat xəbəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək məlumatı izləyiciləri ilə bölüşüb. Onun yeni vəzifəsi media sahəsində maraqla qarşılanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl "Space FM"in əvvəlki direktoru Sərxan Qədimov vəzifəsindən ayrılmışdı.
Hüseyn
Milli.Az