İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək və ABŞ ilə dialoq təslim olmaq anlamına gəlmir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində paylaşımında bildirib.
"Dialoq təslim olmaq demək deyil. İran heç vaxt xalqın və ölkənin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqa xidmət edəcək, İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə edəcəyik", - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Tehran və Vaşinqton arasında münasibətlərdə gərginlik davam edir. Tərəflər arasında aparılan danışıqlarda bir sıra məsələlər üzrə fikir ayrılıqları hələ də qalmaqdadır.
Milli.Az