Rusiyanın "Zenit" futbol klubunun müdafiəçisi Strahinya Erakoviç 2025/26 mövsümündə iki ölkənin çempionu olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu həm Rusiya, həm də Serbiya çempionatlarında qalib gəlib.
25 yaşlı serbiyalı müdafiəçi mövsümün ilk hissəsini "Zenit"də keçirib. Oyunçu Sankt-Peterburq təmsilçisinin heyətində Rusiya Premyer Liqasında 12 matçda meydana çıxıb. Mayın 17-də "Zenit" 68 xalla çempionatı birinci sırada başa vurub.
Fevral ayında Erakoviç "Srvena Zvezda"ya icarəyə verilib və milli çempionatda 13 oyunda iştirak edib. Aprelin 26-da komanda Serbiya çempionu olub.
Qeyd edək ki, Erakoviçin "Srvena Zvezda" ilə icarə müqaviləsi avqustun 31-nə qədər nəzərdə tutulub.
Milli.Az