Seda Sayan "parik"ini ÇIXARDI: Saçları belə imiş... - VİDEO

19 May 2026 09:37

Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan yenidən sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki, sənətçi bu dəfə "parik"siz görüntülərini izləyiciləri ilə paylaşaraq diqqət mərkəzinə düşüb.

Uzun illərdir səhnə imici və fərqli saç modelləri ilə tanınan Seda Sayanın təbii halını nümayiş etdirməsi sosial mediada geniş müzakirələr yaradıb. Müğənninin paylaşımı qısa müddətdə minlərlə baxış və rəy toplayıb.

Bəzi izləyicilər sənətçinin bu addımını cəsarətli addım kimi qiymətləndirərək onun səmimiliyini alqışlayıblar. Digərləri isə məşhur ifaçının illərdir alışdıqları görünüşündən fərqli görməyə təəccübləndiklərini bildiriblər.

Sosial şəbəkə istifadəçiləri sənətçinin özünü olduğu kimi göstərməsinin bir çox məşhura nümunə ola biləcəyini qeyd ediblər.

Qeyd edək ki, Seda tez-tez etdiyi paylaşımlar və açıqlamaları ilə Türkiyə maqazin gündəmini zəbt edən tanınmış simalardan biridir.

Musa
Milli.Az