"Qalatasaray"dan ayrıldı

18 May 2026 20:45

"Qalatasaray" futbol klubunun qış transfer pəncərəsində İtaliyanın "Napoli" klubundan icarəyə götürdüyü niderlandlı vinger Noa Lanq İstanbul təmsilçisindən ayrılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu sosial media hesabı vasitəsilə etdiyi paylaşımla "Qalatasaray" azarkeşlərinə vida mesajı ünvanlayıb.

O, paylaşımında aşağıdakı sözlərə yer verib: "Hər şey üçün təşəkkürlər "Qalatasaray", səni sevirəm".

Qeyd edək ki, Noa Lanq "Qalatasaray"da meydana çıxdığı 19 matçda iki qol vurub, üç məhsuldar ötürmə verib.

Milli.Az