ABŞ-nin Kolorado ştatında yeni ölümcül hantavirus infeksiyası faktı təsdiqlənib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda yerli İctimai Səhiyyə və Ətraf Mühit Departamenti məlumat verib.
Departamentin məlumatına görə, Duqlas qraflığından bir kişinin hantavirus testi müsbət çıxdıqdan sonra ölüb. Bildirilir ki, bu hadisə Atlantik okeanında "MV Hondius" kruiz gəmisində hantavirusun yayılması ilə əlaqəli deyil.
Milli.Az