Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur?- RƏSMİ AÇIQLAMA

18 May 2026 19:06

Bu gün mediada Mayın 26-dan etibarən Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmir yolunun əlaqəsinin bərpa olunmasıyla bağlı məlumatlar yayılıb.

Mövzu ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılıb.

Milli.Az