Elvin Hacıyevə yüksək vəzifə verildi

18 May 2026 17:39

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində yeni kadr təyinatı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Elvin Hacıyev Baş idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsinə təyin olunub.

E.Hacıyev bu təyinata qədər həmin bölmənin baş inspektoru vəzifəsində çalışıb.

Milli.Az