Liviya lideri WUF13-ün keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib

18 May 2026 17:32

Bakı tarixi irs ilə müasir şəhərsalmanın vəhdətinin nümunəsidir.

Milli.Az xəbər verir ki, bunu Liviya Dövlətinin Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Bakıda WUF13 çərçivəsində keçirilən liderlər sammitində çıxışı zamanı deyib.

"Biz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda - orijinallıq və modernləşmə arasında qarşılıqlı əlaqəni nümayiş etdirən bir model olan şəhərdə keçirilməsinə görə, Prezident İlham Əliyev və dost Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk ", - deyə o vurğulayıb.

əl-Mənfinin sözlərinə görə, Bakı həm də tarixi irs ilə müasir şəhər inkişafı baxışının harmoniyasının bariz nümunəsidir.

Milli.Az