"Barselona"nın futbolçusu əməliyyat olunacaq

18 May 2026 18:28

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının XXXVII turunda "Betis"ə qarşı keçirilən matçda zədələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, həkim müayinəsindən sonra 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanıb.

İspaniyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, "Barselona" "Betis"lə keçirilən ev oyununda 3:1 hesabı ilə qələbə qazanıb.

Milli.Az