Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı

19 May 2026 01:01

Alimlər insan orqanizmində qocalmanın düşündüyündən daha fərqli şəkildə getdiyini açıqlayıblar.

Milli.Az xəbər verir ki, yeni araşdırmaya görə, insan bədəni xüsusilə 44 və 60 yaşlarında kəskin bioloji dəyişikliklər yaşayır.

Stanford University alimlərinin apardığı tədqiqat zamanı 25-70 yaş arasında olan 108 nəfərin bioloji göstəriciləri illərlə izlənilib. Araşdırma nəticəsində müəyyən olunub ki, qocalma prosesi xətti deyil və bəzi yaş dövrlərində bədəndə qəfil dəyişikliklər baş verir.

Mütəxəssislərin sözlərinə görə, 44 yaş ətrafında maddələr mübadiləsi, dəri və əzələ quruluşunda nəzərəçarpacaq dəyişikliklər başlayır. Təxminən 60 yaşında isə immun sistemi, böyrək funksiyası və karbohidrat mübadiləsində ciddi dəyişikliklər müşahidə olunur.

Alimlər hesab edirlər ki, insan orqanizmi bu dövrlərdə yeni bioloji mərhələyə keçir və yaşlanma prosesi düşündüyündən daha mürəkkəb şəkildə baş verir.

Milli.Az