Bəstəkar Aygün Səmədzadə Gəncədə sevilən mahnıları ilə pərəstişkarlarının qarşısına çıxacaq
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçiriləcək.
"Sevimli mahnılarla" adlı konsert proqramında bəstəkarın dillər əzbəri olan, könülləri oxşayan unudulmaz əsərləri və hit mahnıları səsləndiriləcək. Musiqisevərlərə unudulmaz və bədii hisslərlə zəngin bir gecə vəd edən tədbir mayın 25-i saat 19:00-da baş tutacaq.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassasından və iTicket.az saytından onlayn şəkildə əldə edə bilərsiniz.
Əlaqə nömrələri:+994 22 266 00 62, +994 50 299 00 80, +994 50 863 98 89
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Milli.Az