"Beşiktaş"la Sergen Yalçının yolları ayrılıb.
Milli.Az xəbər verir ki, Super Liqada dördüncü yeri tutan "Beşiktaş"la keçirilən vacib görüşdən sonra yolların ayrılması qərarı verilib.
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın məşq mərkəzində prezident Serdal Adalı ilə görüşüb.
"Beşiktaş"dakı gələcəyi qeyri-müəyyən olan və xüsusilə kubokda "Konyaspor"la oyundan sonra azarkeşlərin sərt reaksiyası ilə üzləşən Sergen Yalçın bu görüşdən sonra vəzifəsindən istefa verib.
Rəsmi açıqlama tezliklə veriləcək.
Fidan
Milli.Az