İran 14 maddədən ibarət yeni təkliflərini Pakistan vasitəsilə ABŞ-a təqdim edib.
Milli.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ son vaxtlar İranın əvvəlki 14 maddəlik mətninə cavab olaraq öz sənədini göndərib. İran da öz növbəsində aparılan mesaj mübadiləsi çərçivəsində öz təkliflərini yenidən redaktə edərək Pakistan vasitəsilə ABŞ-a təqdim edib.
Bildirilib ki, İranın yeni 14 maddəlik yeni təkliflər paketi müharibənin dayandırılması üzrə danışıqlar və ABŞ-ın etimad tədbirləri üzərində cəmlənib.
Milli.Az