"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU

18 May 2026 15:30

"Ayntraxt Frankfurt" baş məşqçi Albert Riera ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, klubun yaydığı məlumata görə, ispaniyalı mütəxəssislə yanaşı onun məşqçilər korpusu da komandadan ayrılıb. Qərar mövsüm başa çatdıqdan sonra rəsmiləşdirilib.

Qeyd edək ki, Albert Riera bu ilin yanvar ayında komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında Eintracht Frankfurt Almaniya Bundesliqasını 44 xalla 8-ci pillədə tamamlayıb və avrokuboklara vəsiqə əldə edə bilməyib.

Xatırladaq ki, keçmiş futbolçu olan Albert Riera karyerası ərzində "Liverpul", "Qalatasaray" və "Espanyol kimi" tanınmış klublarda çıxış edib.

Hüseyn
Milli.Az