Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərlotereya"nin birgə təşkilatçılığı ilə "Gələcəyə yaşıl miras" devizi altında növbəti ağacəkmə aksiyası keçirilib.
Milli.Az xəbər verir ki, ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan aksiya Müşfiqabad qəsəbəsi yaxınlığında baş tutub.
2023-cü ildən etibarən işğaldan azad olunmuş Cəbrayıl rayonu, eləcə də Müşfiqabad və Xocasən qəsəbələri ərazisində ümumilikdə 40 min ağac əkilərək yeni yaşıllıq zolaqları salınıb.
Layihənin əsas məqsədi ekoloji tarazlığın qorunmasına töhfə vermək, təbii ehtiyatların mühafizəsini dəstəkləmək və gələcək nəsillər üçün daha yaşıl mühit formalaşdırmaqdır.
"Azərlotereya" ASC sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərə dəstəyini və davamlı inkişaf prinsiplərinə töhfəsini bundan sonra da davam etdirəcək.
Milli.Az