"İnstagram"a əlavə olunan bu yenilik "Snapchat" və "BeReal" üslubunda "burada və indi" çəkilmiş sürətli fotolar üçün nəzərdə tutulub.
Milli.az xarici mediaya istinadən xəbər verir ki, "İnstagram" qlobal şəkildə "İnstants" funksiyasının istifadəyə verildiyini elan edib. Bu funksiya redaktə olunmadan paylaşılmış və baxıldıqdan sonra yoxa çıxan fotoları əhatə edir.

Yenilik "Snapchat" və "BeReal" formatında "ani çəkilişlər" üçün nəzərdə tutulub.
"İnstants" funksiyası "Instagram"ın şəxsi mesajlar bölməsində yerləşir. Belə fotolar profilə yerləşdirilmir - onları yalnız yaxın dostlar və "direct"dəki izləyicilər görə bilir. Eyni zamanda şəkilləri redaktə etmək mümkün deyil, yalnız göndərməzdən əvvəl qısa qeyd əlavə etməyə icazə verilir.
Milli.Az