Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində iştirak edirlər - CANLI YAYIM - FOTO

18 May 2026 11:44

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Xəbər yenilənəcək

Milli.Az