Fransa çempionatında "Nant" azarkeşləri mövsümün son oyununda qalmaqallı hadisələr törədib.
Milli.Az xəbər verir ki, onlar ölkə çempionatının son turunda "Tuluza"ya qarşı matçın 20-ci dəqiqəsində meydana girərək baş məşqçi Vahid Halilhodjiçə hücum etməyə cəhd göstəriblər.
Aşaği liqaya yuvarlanan komandanın fanatları qara tüstülü məşəllərdən istifadə edərək stadionu da yandırmağa çalışıblar.
Polisin müdaxiləsindən sonra ara sakitləşib. Lakin matç yarımçıq dayandırılıb.
Milli.Az