Müğənni Leyla Rəhimova evində xeyir işə hazırlaşdıqlarını açıqlayıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bu barədə özü danışaraq yaxın günlərdə oğlu üçün kiçik toy məclisi təşkil edəcəyini bildirib.
Rəhimova qeyd edib ki, toy sevincinin hər kəsin qapısından keçməsini arzulayır. Müğənni məclisi əslində çox istəmədiyini, lakin anasının arzusu ilə bu qərarı verdiyini də etiraf edib.
Sənətçinin sözlərinə görə, 4 yaşı tamam olan oğlu üçün mayın 19-da kiçik toy keçiriləcək. Açıqlama sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər sənətçiyə xoş arzularını çatdırıblar.
Musa
Milli.Az