Ukraynanın "Şaxtyor" klubunun braziliyalı hücumçusu Kauan Elias bir sıra Avropa klublarının diqqətini cəlb edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mənbənin məlumatına görə, "Şaxtyor" 20 yaşlı hücumçunu təxminən 40 milyon avro dəyərində qiymətləndirir.
Bildirilir ki, futbolçunu "Barselona", "Qalatasaray", eləcə də onun transfer imkanını nəzərdən keçirən bir neçə digər Avropa klubu yaxından izləyir.
Elias mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlayan Robert Levandovskinin əvəzləyicisi ola bilər.
Milli.Az