İsveç mətbəxinin ən məşhur şirniyyatlarından biri olan Kladdkaka içi nəm, kənarları isə xırtıldayan quruluşu ilə tanınır. Bu keksin ən böyük sirri unun az, şəkər və yağın bol olmasıdır.
Milli.Az bu ləzzətli reseptin detallarını təqdim edir:
Lazım olan inqrediyentlər
Soba sinisi üçün:
Kərə yağı (qabı yağlamaq üçün)
2 ovuc çörək qırıntısı (panko)
Keks xəmiri üçün:
200 q kərə yağı
200 q tünd (bitter) şokolad (təxminən 1,5 su stəkanı)
250 q şəkər tozu (1 tam dörddə bir stəkan)
4 ədəd yumurta
40 q un (yarım su stəkanı)
Üzəri üçün:
Dəniz duzu
Hazırlanma qaydası
24 sm-lik kilitli dairəvi keks qabının hər tərəfini kərə yağı ilə yağlayın. Tavanı isidib çörək qırıntılarını (panko) rəngi bir az dönənə qədər qovurun. Qovrulmuş qırıntıları yağlanmış qabın içərisinə tökün və hər tərəfə bərabər yayılmasını təmin edin.
Bir qazanda kərə yağını əridin. Ərimiş yağı qarışdırma qabına götürün, üzərinə xırda doğranmış şokoladları əlavə edib şokolad tam əriyənə qədər çırpma teli ilə qarışdırın.
Şəkər tozunu əlavə edib qarışdırmağa davam edin.
Yumurtaları tək-tək sındıraraq xəmirə yedizdirin.
Son olaraq unu əlavə edin və tam qarışana qədər çalın.
Hazır olan xəmiri qaba boşaldın. Üzərinə bir az dəniz duzu səpin (duz şokoladın dadını daha da önə çıxaracaq). Əvvəlcədən 180°C qədər isidilmiş sobada 25 dəqiqə bişirin.
Kladdkaka bişəndən sonra sobadan çıxaranda orta hissəsi hələ bir az "oynaq" (tam bərkiməmiş) olmalıdır. Soyuduqca daxili hissəsi o məşhur saqqızlı və nəm teksturasını alacaq. Yanında bir top dondurma və ya çalınmış qaymaqla servis edə bilərsiniz.
Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az