“Sabah”ın start heyətini görəndə məyus oldum”

17 May 2026 22:16

"Sabah"ın start heyətini görəndə məndə müəyyən qədər məyusluq yarandı".

Milli.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la matçdan sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis turun digər qarşılaşması olan "Sabah" - "Neftçi" matçında ev sahiblərinin start heyətini görərkən məyus olduğunu bildirib.

Qeyd edək ki, "Sabah" " Neftçi" ilə matça demək olar ki, ikinci heyətlə çıxıb. (Qol.az)

Milli.Az