Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.
Milli.Az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Əvvəlcə "Zirə" "Sumqayıt"ı qəbul edib. Matç Rəşad Sadıqovun komandasının 2:1 hesabı ilə qalib gəlib.
Daha bir vacib matça çıxan "Neftçi" isə artıq çempionluğunu rəsmiləşdirən "Sabah"ın qonağı olub. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu nəticədən sonra "Neftçi" Azərbaycanı 2026-2027 mövsümündə avrokuboklarda təmsil edəcək 4-cü komanda olub. Yuri Vernidubun komandası mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.
17 may (bazar)
Misli Premyer Liqası, 32-ci tur
18:00. "Zirə" - "Sumqayıt" - 2:1
Qol: Ruan Renato, 19-pen. (1:0), Aleksandr Ramalinqom, 45 (1:1), Ruan Renato, 90+8-pen. (2:1)
Baş Hakim: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu, 18:00
18:00. "Sabah" - "Neftçi" - 1:2
Qol: Aleksey İsayev, 3 (1:0), Andrey Ştoqrin, 9 (1:1), İfeanyi Metyu, 70 (2:1)
Qırmızı vərəqə: Coy Lens Mikels, 84 ("Sabah")
Baş Hakim: Kamal Umudlu
"Bank Respublika Arena"
Turun digər nəticələri
"Şamaxı" - "Turan Tovuz" - 3:2
"Qarabağ" - "İmişli"- 3:0
"Karvan-Yevlax" - "Qəbələ" - 1:2
"Araz-Naxçıvan" - "Kəpəz" - 2:0
Milli.Az