Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi

17 May 2026 18:23

Bu gün WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşündə dayanıqlı şəhər məsələsi, mənzillər, torpaqlara əsasən xidmətlər və digər məsələlərə toxunuldu.

Milli.Az xəbər verir ki, bu fikirləri Un-habitatın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts WUF13 çərçivəsində "Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü - Bağlanış Sessiyası"nda deyib.

Un-habitat rəsmisinin sözlərinə görə, növbəti 10 il icra dövrü olmalıdır.

"Bunun üçün maliyyə, yerli qaynaqlar və daha çox məlumata ehtiyac var. Nazirlərin bu günkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır. Bugünkü müzakirələr yüksək səviyyəli görüşün hazırlanmasına xidmət edəcək. Çiyinlərimizə yeni məsuliyyətlər qoyulur. Bakı iclaslarını gəlin Nyu-Yorkda davam etdirək", - deyə R. Tuts əlavə edib.

Milli.Az