Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR

17 May 2026 17:26

Tehran Hörmüz boğazında gəmilərin hərəkətini tənzimləmək məqsədilə özünün müəyyən etdiyi marşrut üzrə "peşəkar mexanizm" hazırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, yeni sistem yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

"Bu proses çərçivəsində yalnız kommersiya gəmiləri və İranla əməkdaşlıq edən tərəflər üstünlüklərdən yararlana biləcəklər. Sözügedən mexanizm çərçivəsində göstərilən ixtisaslaşmış xidmətlərə görə müvafiq ödəniş alınacaq", - deyə komissiya sədri qeyd edib.

Əzizinin sözlərinə görə, bu marşrut ABŞ-nin Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün həyata keçirdiyi "Azadlıq" layihəsində iştirak edən ölkələr və gəmilər üçün qapalı olacaq.

Milli.Az