"Mançester Siti"də baş məşqçi Xosep Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağına əmindirlər.
Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, ispaniyalı mütəxəssis 2027-ci ilin yayına qədər müqaviləsi olmasına baxmayaraq, bir neçə həftə əvvəl klubdan ayrılmaq qərarı verib. "Şəhərlilər" düşərgəsində rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "şəhərlilər"i çalışdırır. Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. "Siti" həmçinin 5 dəfə İngiltərə kuboku, 4 dəfə liqa kuboku, 2 dəfə federasiya kubokunu qazanıb. Klub Qvardiolanın dövründə hərəsi bir dəfə olmaqla UEFA Çempionlar Liqasını, Klublararası dünya çempionatının və UEFA Superkubokunun da qalibi olub. /QOL.az
Milli.Az