Ərdoğan məşhur sənətçinin konsertini tribunadan İZLƏDİ - FOTO

17 May 2026 16:53

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rep ifaçısı Sefonun konsertini tribunadan izləyib.

Milli.Az-ın xəbərinə görə, axşam saatlarında stadiona gələn Ərdoğan izdiham qarşısında çıxış etdikdən sonra proqramı tribunadan izləməyə davam edib.

Prezidentin çıxışından sonra səhnəyə çıxan Sefo "Bilmem mi", "Affettim", "Veda saati" və "Kapalı kapılar" kimi mahnılarını səsləndirib.

On minlərlə gəncin məşhur mahnıları birlikdə səsləndirdiyi anları maraqla izləyən Ərdoğan stadionu bürüyən coşğuya şərik olub. /Musavat.com

Milli.Az