AZAL Naxçıvan reyslərini bərpa etdi

17 May 2026 10:38

"Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

Milli.Az AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

"Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zərüri tədbirlər həyata keçirilir", - deyə aviaşirkət bəyan edib.