Türkiyəli məşhur müğənni Ebru Gündeş estetik əməliyyatdan sonrakı yeni görünüşü ilə maqazin gündəminin diqqət mərkəzinə çevrilib.
Milli.Az xəbər verir ki, 51 yaşlı sənətçi həm karyerası, həm də şəxsi həyatı ilə daim maraq doğurmağa davam edir.
Sağlam qidalanmaya önəm verən Ebru Gündeş fit görünüşü ilə də diqqət çəkir.
Məşhur ifaçı bir müddət əvvəl sosial şəbəkədə paylaşdığı fotosuna "papaqsız çölə çıxmadığımız günlər" qeydini əlavə etmişdi. Paylaşım qısa zamanda izləyicilər tərəfindən maraqla qarşılanmışdı.
Ebru Gündeş estetik əməliyyat etdirdiyini isə səhnədə özü etiraf etmişdi. O bildirmişdi:
"Qismən üz gərmə əməliyyatı etdirmişəm. Necədir, 10 yaş gəncləşmişəm?" /Musavat.com
Milli.Az