Hamı İkardinin bu paylaşımından DANIŞIR

17 May 2026 10:10

Mövsümün sonunda "Qalatasaray"la müqaviləsi başa çatacaq Mauro İkardi sosial media hesabından "sarı-qırmızılar"a vida paylaşımı edib.

Milli.Az İkardinin paylaşımını təqdim edir:

"4 il əvvəl bura gələndə həyatın məni yaşayacağım ən gözəl hekayələrdən birinə aparacağını bilmirdim.

Bu gün anlayıram ki, məsələ heç vaxt yalnız futbol olmayıb.

Stadionun gurultusu, İstanbulun işıqları, tribunalardan gələn mahnılar və milyonlarla insanın sevgisi arasında mən evimdən uzaqda yeni bir ev tapdım.

4 il...

4 çempionluq...

Minlərlə qucaqlaşma...

Milyonlarla unudulmaz xatirə...

Amma mənim üçün ən qiymətli olan kuboklar deyildi. Ən böyük dəyər bir ölkənin qəlbini mənə açması, sevgisini ən dərindən hiss etdirməsi idi.

Çünki insanın qəlbində əbədi qalan yerlər var.

Türkiyə mənim üçün məhz belə bir yerdir.

Heç vaxt silinməyəcək bir xatirə...

Zamanın belə toxuna bilməyəcəyi bir sevgi...

Elə gecələr oldu ki, dünya sanki 90 dəqiqəlik dayandı. Bütün stadion birlikdə mahnı oxuyarkən futbolun çox fövqündə bir hiss yaşadığımı anladım.

Uşaqların gözlərindəki sevinci gördüm. Məni illərdir tanıyırmış kimi qucaqlayan insanların göz yaşlarını gördüm. Və sözlərlə ifadə olunmayacaq qədər böyük bir sevgi hiss etdim.

Təşəkkür edirəm, "Qalatasaray". Məni bu hekayənin bir parçasına çevirdiyin üçün təşəkkür edirəm. Mənə sevildiyimi, dəyər gördüyümü və özümü əbədi hiss etdirdiyin üçün minnətdaram.

Bəlkə bir gün işıqlar sönəcək, oyunlar bitəcək və zaman keçəcək. Amma bəzi sevgilər heç vaxt "əlvida" deməz.

İllər sonra geriyə baxanda bir vaxtlar həqiqətən xoşbəxt olduğum möhtəşəm bir ölkədə yaşadığımı xatırlayıb gülümsəyəcəyəm".

"Qalatasaray"ın prezidenti Dursun Özbek isə jurnalistlərə verdiyi açıqlamada Mauro İkardinin klub üçün xüsusi fiqur olduğunu vurğulayaraq bildirib:

"İkardi ilə danışığımız olacaq. O, bizim çox sevdiyimiz futbolçudur, klubumuzun simvollarından biridir. "Qalatasaray"a çox böyük töhfələr verib".

Qeyd edək ki, Mauro İkardi "Qalatasaray" forması ilə çıxdığı 133 oyunda 77 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. /Musavat.com

Milli.Az