“Bavariya”dan yeni REKORD

17 May 2026 14:20

Almaniyanın "Bavariya" klubu Avropanın aparıcı beş çempionatında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın son turunda "Köln"ü 5:1 hesabı ilə darmadağın edib.

Bununla da komanda mövsüm ərzində vurduğu qolların sayını 122-yə çatdırıb.

Əvvəlki rekord 2011/2012 mövsümündə 121 qol vuran Madrid "Real"ına məxsus idi. /APA

Milli.Az