Türk futbolçu Ronaldonun arzusunu gözündə qoydu - Mükafatlandırma mərasiminə QATILMADI

17 May 2026 11:28

AFC Çempionlar Liqası-2 turnirinin finalında Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu Yaponiyanın "Qamba Osaka" komandasına 0:1 hesabı ilə məğlub olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma Ər-Riyadda yerləşən "Kingdom Arena" stadionunda keçirilib.

Matçda yeganə qolu 30-cu dəqiqədə Türkiyə millisinin hücumçusu Deniz Hümmet vurub.

Kriştiano Ronaldu bütün matçı meydanda olsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.

Futbolçu məğlubiyyətdən sonra Asiya Çempionlar Liqasının mükafatlandırma mərasiminə qatılmayıb.

Milli.Az