Xabi Alonsonun çalışdıracağı klubunun adı BƏLLİ OLDU

17 May 2026 09:12

İspaniyalı mütəxəssis Xabi Alonso İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalist Fabrisio Romano "X" sosial şəbəkəsində yazıb.

Mənbənin məlumatına əsasən, müqavilə dörd illik müddətinə imzalanacaq.

Mütəxəssisin tezliklə Londona gələcəyi və təyinatı ilə bağlı bir neçə gün ərzində açıqlama veriləcəyi bildirilib.

Milli.Az