Esvatini Kralı Azərbaycana səfərə gəlib - FOTO

17 May 2026 08:50

Esvatini Krallığının Kralı Əlahəzrət III Msvati BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az