Peşəkar aşpazların və dad trendlərinin tövsiyəsinə görə, həmişə birinci ət qovrulmalıdır. Bu kiçik, lakin mühüm detal yeməyin həm dadına, həm də teksturasına birbaşa təsir edir.
Milli.Az əti birinci qovurmağın səbəbləri və sote hazırlamağın sirlərini təqdim edir:
Ətin möhürlənməsi (Şirəsinin daxildə qalması)
Əti yüksək odda və əvvəlcədən qızdırılmış tavaya atdıqda, onun xarici qatı sürətlə qızarır (mühürlənir). Bu proses ətin şirəsinin daxildə qalmasını təmin edərək, soteni daha yumşaq və ləzzətli edir. Əgər soğanı birinci töksəniz, tavadakı rütubət artacaq və ət qovrulmaq əvəzinə qaynadılmış (xaşlanmış) kimi olacaq.
Soğan ət rəngini dəyişdikdən sonra əlavə edilməlidir. Çünki:
Soğan ətin buraxdığı təbii yağ və şirə ilə qovrulduqda daha ləzzətli olur və karamelizə dadı verir.
Ətin bişməsi soğanla müqayisədə daha çox vaxt aparır. Əgər soğanı birinci töksəniz, ət hazır olana qədər soğanlar yanar və acı dad verər.
Ləzzət qatlarının yaradılması (Doğru ardıcıllıq)
Yeməyin həm görüntüsü, həm də dadı üçün bu sıraya əməl etmək tövsiyə olunur:
Ət: Yüksək odda rəngi dönənə qədər.
Soğan: Ət suyunu çəkdikdən və qızarmağa başladıqdan sonra.
Bibər: Soğanlar yumşaldıqdan sonra.
Pomidor və ədviyyatlar: Ən sonda əlavə edilir ki, digər tərəvəzlər tam əzilməsin.
Yumşaq və sulu sote üçün məsləhətlər
Soyuq tavaya ət qoymayın, bu onu sərtləşdirə bilər.
Duzu çox tez vursanız, ət suyunu tez buraxacaq və sərtləşəcək. Duzu və baharatları soğanlar yumşaldıqdan sonra əlavə etmək daha yaxşıdır.
Qapağı tez-tez örtməməyə çalışın, əks halda buxarlanma artacaq və ət qızarmaq əvəzinə suda bişəcək.
Bu qaydalara əməl etsəniz, evdə hazırladığınız sote restoran usulu, yumşaq və ətirli olacaq.
Lalə Qüdrətova
Milli.Az