Limonun suyundan tam səmərəli istifadə etmək və təravətini qorumaq üçün doğru kəsmə texnikalarını bilmək vacibdir. Bir neçə sadə, lakin təsirli addımla limonunuzu daha şirəli və faydalı hala gətirə bilərsiniz.
Milli.Az limonu kəsməzdən əvvəl və sonra etməli olduqlarınızı təqdim edir:
Kəsməzdən əvvəl
Limonun qabığında kir, bakteriya və ya kənd təsərrüfatı dərmanlarının qalıqları ola bilər. Bol su ilə yuyun; daha yaxşı təmizlik üçün sirkəli və ya sodalı suda saxlaya bilərsiniz.
Əgər limonu soyuducudan çıxarmısınızsa, bir neçə dəfə otaq hərarətində gözlədin. Bu, suyunun daha rahat çıxmasını təmin edəcək.
Limonu kəsməzdən əvvəl masanın üzərinə qoyub əlinizlə yüngülcə basaraq irəli-geri yuvarlayın. Bu proses daxildəki lifləri qıraraq suyun axmasını asanlaşdırır.
İti bıçaq limonu əzmədən, səliqəli kəsməyə kömək edir.
Kəsdikdən sonra
Limon suyu qaldıqca təravətini və vitamin dəyərini itirir. Dərhal istifadə etməyəcəksinizsə, hava keçirməyən bir qabda saxlayın.
Xüsusilə yemək və ya salat hazırlayırsınızsa, çəyirdəklərin qarışmaması üçün onları əvvəlcədən təmizləyin.
Kəsilmiş limonun qurumaması üçün onu streç filmlə sarıyın və ya qapalı qabda saxlayın.
Limon turşulu olduğu üçün bıçağı və kəsmə taxtasını dərhal yuyun ki, aşınma baş verməsin.
Limon suyu əlinizdə quruya bilər və ya hər hansı kiçik yaraya toxunduqda göynəmə verə bilər.
Lalə Qüdrətova
Milli.Az