"AZƏRBAYCANIM" Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində "Azərbaycan müsiqisi təsvirisənətdə " günləri Xətai Sənət Mərkəzində baş tutdu
28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün -Azərbaycan xalqının Müstəqillik gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş "Azərbaycan müsiqisi təsvirisənətdə" müsabiqəsin sərgiləri baş tutdu.
Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya cəmiyyəti Azərbaycan nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzidir.
Dəstəkçilər: Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC , Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir.
Şüarı - "Azərbaycan səni sevirəm!" və mövzusu - "Azərbaycan musiqisi təsviri sənətdə" olan festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycan musiqisinə daha çox maraq göstərməsi və sevməsinə xidmət məqsədilə elan olunmuşdur.
Müsabiqəyə 1200-ə yaxın Azərbaycan vətəndaşı və əcnəbi yeniyetmə və gənc müraciət etmişdi.
Əsərlərində Azərbaycan musiqi alətləri, rəqsləri, xalq folkloru, musiqili tariximiz, vətənpərvərlik musiqiləri, xalq, müəllif və uşaq mahnılarına ilustrasiyalar və xəyali musiqi səhnələri kimi təsvirlər 13-14-15 may tarixlərində "müsiiqili səhnələrlə" saat 12:00 və 16:00 olmaqla növbəli şəkildə Xətai Sənət Mərkəzində sərgiləndi.
Sərgilərdən hər yaş qrupu üzrə 10 müəllif iştirakçı 23 may tarixində "AZƏRBAYCANIM" Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalına dəvət alacaq.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq - I ,II,III yerlər, həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Əcnəbilərin əsərləri tərəfimizdən çap olunaraq sərgilləndi və əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olundu.
Əsəri seçilən əcnəbi öz hesabına festivalda iştirak edə bilər.
Müsabiqə və festivalda iştirak ödənişsizdir.
Əlavə suallar üçün +994 51-310-74 01 tel/whatsapp
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az