Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO

16 May 2026 21:06

Azərbaycan Milli İncəsənət Muzeyində Cahangir Rüstəmovın 100 illik yubileyinə həsr olunmuş "Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası" adlı sərgi çərçivəsində Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub.

Mühazirə zamanl Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan rəssamın zəngin yaradıcılıq irsi, fərdi üslubu və sənətə gətirdiyi bədii-estetik yanaşmalar haqqında ətraflı məlumat əldə ediblər. 

Tematik ekskursiya çərçivəsində sərgidə nümayiş olunan əsərlər yaxından təqdim olunaraq, rəssamın yaradıcılıq dünyasını əks etdirən maraqlı məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

Ustad dərsində gənclər Cahangir Rüstəmovın yaradıcılığına xas obrazlardan ilhamlanaraq öz bədii işlərini hazırlayıb, rəng və forma üzərində yaradıcı bacarıqlarını sınamaq imkanı əldə ediblər. 

Tədbir iştirakçılar tərəfindən böyük maraq və fəallıqla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az