"Sabah" Basketbol Klubu baş məşqçi Rimas Kurtinaytis ilə yollarını ayırıb.
Bu barədə Milli.Az-a komandanın mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında başa çatıb.
Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.
Milli.Az