Bölgələrdə pensiyalar bu tarixdə VERİLƏCƏK

16 May 2026 11:30

Mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayının pensiyaları ödənilib. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə may ayının 20-də həyata keçiriləcək.

Qeyd edək ki, pensiyaçılar mayın 20-dən etibarən bank kartları vasitəsilə bankomatlardan nağdlaşdıra bilərlər. 

Mehman Əsədov
Milli.Az