Türkiyəli məşhur media siması və iş xanımı Eda Taşpınar maraqlı paylaşımı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, məlumata görə, məşhur sima Sumqayıtda mağazalardan birinin açılış mərasimində iştirak edib. Lakin o, sosial şəbəkə hesabında Afrikadakı səfərindən fotolar paylaşaraq izləyicilərinin diqqətini başqa istiqamətə yönəldib.
Bu addım sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Eda Taşpınarın Sumqayıtda olduğunu sonradan fərq etdiklərini yazaraq paylaşımı maraqlı gediş adlandırıblar.
Digər istifadəçilər isə onun olduğu məkanı gizlətməyə çalışdığını iddia edərək müxtəlif şərhlər yazıblar. Məşhur simanın paylaşımı qısa müddətdə sosial şəbəkələrdə yayılıb və diqqət çəkib.
Hüseyn
Milli.Az