Bir müddət əvvəl aparıcı Vüsal Əliyevin doğum günü məclisində yaşanan hadisə ilə gündəmə gələn müğənni Kəmalə Günəşli bu dəfə başqa görüntülərlə müzakirə yaradıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda sənətçinin iştirak etdiyi məclislərdən birində ona pul təqdim olunmasına etiraz etmədiyi, əksinə vəziyyəti normal qarşıladığı görünür. Kadrlarda diqqət çəkən əsas məqamlardan biri isə pulu sənətçinin sinəsinə yerləşdirən şəxsin qadın olması olub.
Görüntülər qısa zamanda sosial mediada geniş yayılaraq müxtəlif fikirlərə səbəb olub. Bəzi istifadəçilər bunu məclis adəti kimi dəyərləndirsə də, digərləri əvvəlki qalmaqaldan sonra ortaya çıxan bu videonun ziddiyyət yaratdığını qeyd ediblər.
Paylaşıma çoxsaylı rəylər yazılıb və mövzu internet istifadəçiləri arasında geniş müzakirə olunub.
Musa
Milli.Az