Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş

16 May 2026 00:18

Ev alarkən mənzərə və ya qiymət üstünlüyü ön plana çıxsa da, daşınmaz əmlak ekspertləri gündəlik yaşam komfortu və xərclərin balanslaşdırılması baxımından "orta mərtəbələrin" ən etibarlı seçim olduğunu təsdiqləyiblər.

Milli.Az xəbər verir ki, mənzil seçərkən mərtəbə nömrəsi sadəcə rəqəm deyil; o, istilik izolyasiyasından tutmuş təhlükəsizliyə qədər bir çox amilə birbaşa təsir edir.

Birinci və sonuncu mərtəbələrin gizli xərcləri
Birinci mərtəbə: Uyğun qiymət və bağça üstünlüyü təqdim etsə də, şəxsi həyatın məxfiliyinin qorunmaması, oğurluq riski və küçə səs-küyü kimi problemlərlə seçilir. Həmçinin, bu mərtəbələrdə qızdırılma xərcləri daha yüksək olur.

Sonuncu mərtəbə: Gözəl mənzərə vəd etsə də, dam örtüyünün izolyasiyası zəif olduqda yayda həddindən artıq istiləşmə, qışda isə sürətli istilik itkisi yaşanır. Lift nasazlıqları zamanı yuxarı qalxmaq fiziki çətinlik yaradır.

Orta mərtəbələr: Təbii izolyasiya mərkəzi
Ekspertlərə görə, ən konforlu yaşayış sahəsi birinci mərtəbə ilə sondan bir əvvəlki mərtəbə arasında qalan hissədir.

Alt və üst tərəfdən digər mənzillərlə əhatə olunan bu dairələr "təbii istilik izolyasiyası" funksiyasını yerinə yetirir. Bu, qışda mənzilin gec soyumasına, yayda isə günəşdən az təsirlənməsinə səbəb olur ki, bu da birbaşa enerji haqlarına (qaz, işıq) qənaət deməkdir.

Lift xarab olduqda belə, orta mərtəbələrə qalxmaq fiziki cəhətdən daha asandır.

Ən çox üstünlük verilən aralıq
Əmlak bazarında uzun illərdir ən populyar seçimlərin ikinci, üçüncü və dördüncü mərtəbələr olduğu bildirilir. Araşdırmalar göstərir ki, bu mərtəbələrin sakinləri rütubət, səs-küy və ya kəskin temperatur fərqlərindən digərlərinə nisbətən daha az şikayət edirlər.

Müasir binalarda sonuncu mərtəbələrin çatışmazlıqları azalsa da, binanın orta hissələri hələ də ən təhlükəsiz investisiya və yaşam sahəsi hesab olunur.

Lalə Qüdrətova
Milli.Az